2 Şubat 2014 Pazar

Yevlax haqqında qısa məlumat


Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən «Vağzal» kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır.
Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir.
1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir.
1962-ci il dekabrın 26-da çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir.
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.
Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumundan sonra ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində Yevlaxda 70-ci illərdən başlayaraq bir-birinin ardınca yeni, iri sənaye obyektləri tikilmiş və Yevlax tədricən sənaye şəhərinə çevrilmişdir.
Ötən əsrin 70-80-cı illərində Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, 2 Dəmir beton məmulatları, Çörək, Traktor təmiri, Pivə və spirtsiz içkilər zavodu, «Qarabağ» istehsalat, Taxıl məhsulları,sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisəsi, rayonlararası təchizat bazaları və.s fəaliyyət göstərmişdir.
Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryolu xətti çəkilmiş, Yevlax hava limanı, respublikamızdan kənarda da şöhrət qazanmış Xaldan kənd Kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 şagird yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.
1978-ci ildə istifadəyə verilən Zaqafqaziyada ən iri sənaye müəssisəsi olan Yevlax Yunun ilkin emalı fabrikinin işə düşməsi sayəsində Yevlax şəhəri sənaye məhsullarının istehsal həcminə görə o dövrdə respublikasının 3 ən iri sənaye şəhərindən birinə çevrilmişdir.
Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var. Ərazidən Kür çayı, Əlican, Korçay və İncəçayın aşağı axınları keçir. Mingəçevir su anbarının cənub şərq hissəsi, Varvara su anbarı Yevlax ərazisində yerləşir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının yuxarı hissələri rayon ərazisindədir.
Ərazi boz-çəmən,çəmən-boz, allüvial çəmən, şabalıdı, şorakətvarı boz-qonur, əksər hallarda isə qoran torpaqlardır. Bitki örtüyü əsasən yarımsəhra tiplidir. Kserofit seyrək meşələr, Tuqay meşə, düzən gölməçəlik və subasar çəmən, o cümlədən səhra bitkiləri yayılmışdır.  Meşə fondu 4450 hektardır. Heyvanları: canavar, tülkü, boz dovşan, çöl donuzu, kirpi, porsuq, çaqqal , quşları: turac, kəklik, sığırçın,bayquş, kol xoruzu, ağacdələn, sarıköynək və sairdir.     
Yevlax, eyni zamanda, nəqliyyat qovşağı şəhəridir. Respublika əhəmiyyətli Bakı-Tbilisi dəmir yolu, Bakı-Qazax avtomobil yolu, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Qazax-Ağstafa, Bakı-Ərzurum qaz kəmərləri də Yevlaxdan keçir.
Son illər çəkilişinə başlanılmış Bakı-Tbilisi-Qaz dəmir yolu xəttinin də buradan keçməsi Yevlax üçün əhəmiyyətli perspektiv vəd edir.
Yevlax rayonunun ümumi ərazisi 1540 kvadrat metrdir. Əhalinin ümumi  sayı 118.408 nəfərdir. Yevlax şəhərində 64524 nəfər, kəndlərində(Aran qəsəbəsi də daxil olmaqla)60876 nəfər əhali yaşayır (01 yanvar 2010-cu il tarixə).Yevlaxda bir şəhər,2 qəsəbə və 47 kənd vardır.
Şəhərdə uzunluğu 4200 metr olan Heydər Əliyev, uzunluğu 5500 metr olan Nizami prospektləri, 168 küçə vardır. Ümummilli liderimiz Heydər Əliyevin abidəsi ucaldılmış, şəhərin ən böyük meydanı olan Heydər Əliyev meydanı, Heydər Əliyev xiyabanı, Dədə Qorqud, Səməd Vurğun, Nizami, Dostluq, Müstəqillik parkları  salınmışdır. Burada 5000 yerlik, Avropa standanrtlarına cavab verən şəhər stadionu, 4 idman meydançası 2004-cü ilin aprel-avqust  aylarında əhalinin istifadəsinə verilmişdir. Şəhərin idman şərəfini qoruyan “Karvan“ idman klubunun “Karvan“ futbol komandası ölkə çempionatının güclülər dəstəsində çıxış edir.
2004-cü ilin mart ayından başlayaraq şəhərdə bir sıra sənaye obyektləri yenidən qurulmuş və ya tikilmişdir. «Təmir» ATSC yenidən qurulmuş və burada müxtəlif markalı traktorlar yığılır və təmir edilir. Həmçinin “Lalə-Tekstil“ tikiş, “Arfa“ mebel fabrikləri, “Gilan“dəri emalı, “Dan“ kərpic zavodları, “Qida“ MMC, konserv sexi və başqa yeni istehsal müəssisələri fəaliyyət göstərir.
Yevlaxda 57 ümumtəhsil məktəbində (40 orta, 9 əsas, 8 ibtidai məkitəb) 17146 uşaq oxuyur. 1 peşə məktəbində  9 qrupda 105 şagird müxtəlif peşələr öyrənir. 25 məktəbəqədər uşaq müəssisəsində 1379 uşaq tərbiyə alır. Uşaq Gənclər İdman və Şahmat məktəbləri, uşaq yaradıcılıq mərkəzi və texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir.
Yevlaxda 59 kitabxana, 1 Saray,18 mədəniyyət evi, 2 muzey, 22 klub,  6 musiqi məktəbi, B.Səfəroğlu adına xalq teatr və kukla teatrı, «Ərəş», «İlkin», «Karvan», «Səda» muçiqi kollektivləri vardır.
Yevlax rayonu ərazisində Yevlaxıvn qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr vardır. E.ə. III minilliyin sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış məntəqəsi- Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülmüşdür.
Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhərinin və bu şəhərin adından götürülmüş Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Xaldan kəndinin əiraf ərazisi bu gün də Ərəş kimi tanınır və qədim şəhərə yaxın kənd Ərəş kəndi adlanır.
Yevlax – Bərdə magistral yolunun təxminən 18 – ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır.
Üçtəpə kurqanın topaq örtüyü 35 min kub metrə çatır və tədqiqatçılar hesablamışlar ki, bu kurqanın törpaq örtüyü façilərlə 3 ilə tökülüb başa çatdırılmışdır.
Xaldan kəndinin 3-4 km –də antik dövrə təsadüf edən Alban Sərdabəsi olduğu ehtimsal olunan Sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan Pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid  olan, XVIII əsrdə inşa edilən Məscidin qalıqları mühavizə olunur.
Şəhərdə 1 mərkəzi xəstəxana, 2 poliklinka, 1ağ ciyər xəstəlikləri xəstəxanası, Qadın məsləhətxanası, Təcili yardım stansiyası, kəndlərdə 9 həkim məntəqsi, 23 tibb məntəqəsi, 1 Xaldan sahə xəstəxanası vardır. 219 həkim 516 nəfər orta tibb işçisi əhalinin sağlamlığı keşiyində durur.
Əvəllər «Mübariz», «Qələbə», «Yeni-Yevlax», «Təşəbbüs» adları ilə nəşr olunan şəhərin «Kür» qəzeti 1935-ci ildən çıxır. Hazırda Yevlax şəhər İcra Hakimiyyətinin orqanı «Kür» qəzeti 6000 tirajla çıxır. Bu əyalət mətbuatı içərisində  ən böyük rəqəmdir.
Torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə Yevlaxdan 219 nəfər şəhid olmuş, 18 nəfər itkin düşmüşdür. Azərbaycan torpaqlarının və dövlətçiliyimizin müdafiəsində göstərdikləri şücaətə görə Əsədov Malik Hamil oğlu (1962-1992) Nəcəfov Fəxrəddin Vilayəddin oğlu (1967-1992), Mədətov Fariz Əlövsət oğlu (1972) Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər. Təhsil aldığı Hacıselli kənd orta məktəbi Milli Qəhrəman Malik Əsədovun, Yəldili kənd orta məktəbi Milli Qəhrəman Fəxrəddin Nəcəfovun adını daşıyır.
Rayonun kənd təsərrüfatını əkinçilik və heyvandarlıq təşkil edir. Yevlaxda buğda, arpa, çəltik günəbaxan, pambıq, bostan və tərəvəz bitkiləri yetişdirilir. Əhalinin şəxsi təsərrüfailarında 72763 baş iri buynuzlu mal-qara, 192246 baş xırda buynuzlu heyvan və 392481 baş quş vardır.

100 il təmənnasız yeyib içmək

Hacı Zeynalabdin Tağıyev, Almaniyada səfər zamanı orada yerləşən bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir. Şəkildən də gördüyünüz kimi Hacının üzündə həmişə saqqal olardı və o restorana daxil olaraq künc masalarından birini seçərək əyləşir. Gözləyir... Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb olaraq isə xidmətçi Hacının xarici görünüşünü görüb, onu yoldan keçən və ya aşağı təbəqəli şərqdən gələn bir insan kimi qəbul edir. Sonda özü onu səsləmək qərarına gəlir. Səslədikdən sonra xidmətçi ona hay verir və indicə yaxınlaşacağını söyləyir. Hacı səbr edir ancaq xidmətçi yaxınlaşmır. Qərara gəlir ki restoranı tərk etsin. Belə də olur. Hacı gəldiyi kimi də nahar etmədən restoranı tərk edir və yoluna düşür. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki onların saqqallı və şərq görünüşlü qonağı Bakıdan gələn bir millionerdir. Cəld şəkildə ağanın dalıyca bir elçi göndərirlər. Ağanı restorana gətirərək ondan üzr istəyirlər və onunçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər. Hacı soruşur: - Bu masanın bir günlük qiyməti nə qədərdir? Rəhbərlik hesablayır və cavab verir. - Bəs 1 həftəlik? Yenə hesablayıb cavab verirlər. - Bəs 1 aylıq? ... - Bəs 1 illik? ... - Bəs 100 illik? Rəhbərlik sualdan son dərəcə çaşqın olsalar da hesablayıb cavab verirlər. Hacının sualları əbəsdən olmur. O, restoran rəhbərliyi ilə 100 illik müqavilə imzalayır və müqavilədə qeyd olunur ki, 100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı bax elə belə bir masada təmannasız yeyib içə bilsin. Və belə də olur. Həmin restoran 100 il ərzində ora daxil olan azərbaycanlılara təmənnasız qulluq edir və yalnız keçən ilin yanvarında, 2011-ci ildə, müqavilənin bitmə tarixində, Almaniyanın səfirliyi Azərbaycan səfirliyinə məktub yazaraq qeyd edir ki, 1911-ci ildə sizdən bir azərbaycanlı belə bir 100 illik müqavilə imzalamışdır. İndi aranızda bu müqaviləni uzadacaq bir adam varmı?

1 Şubat 2014 Cumartesi

Ər-arvad

   Bir də bu var ki, ər arvad arasında keçənləri, necə sevişdiklərini kimsə bilməməli, heç kimsə! Dolana bilmədikləri zaman öz analarını belə qarışdırmamalılar aralarına. Kimsədən hakimlik etmələrini istəməməlilər. Hər problemi özlərini hakim qəbul edərək təhlil etməlidirlər. Sevginin müqəddəs bir şey oldugu bilinməlidir. Evlilər arasında keçənlər bütün xaric gözlərdən saxlanmalıdır. Bu onun müqəddəsliyini və sirrini daha da artırar. Verdiyi zövqünü də çoxaldar...

31 Ocak 2014 Cuma

Bizim vaxtımızda...

Bizim vaxtimizda `samokat` var idi, mehlede `7 şüşə`, `11 tuş`, `ortada qaldi` oynayardiq.. `gizlenqaç` oynayardiq.. məhləyə `marojna`, `xoruz`, `kukruz` satan dayday gələndə ona ən bahali pivə butulkasi verib barter edərdik.. bizim dildə `dünya çempionatina` bərabər olan `məhlə - məhləyə` futbol var idi həyəcanla oyunu gözləyirdik ve sanki məhlə qəhrəmani kimi oyuna çixaraq `şot 10dandi` deyib, axirda da 2 qol artirardiq bizim uşaqligimiz əvəzolunmaz idi ve pulla alinmaz idi... bunu indiki usaqlar bilməz..! Uşaqlıq deyib keçməyin biz o zamanlar çox şey öyrənmişik. - Tom & Jerry cizgi filminin bitdiyi tam zənn edərkən, yenidən nərildəyən şiri görmək bizi həyatın xoş surprizlərinə hazırladı. - “Tapança-tapança” oynayardıq və heç zaman da bir-birimizə ölmədiyimizi, güllənin yan keçdiyini sübut edə bilməzdik. Bu bizə düşüncələrimiz uğruna mübarizə aparmağı öyrətdi. - Məhəllə futbolunda topu uzağa vurdunsa, ya da qonşunun həyətinə düşdüsə sən gedib gətirməli idin, beləliklə etdiyimiz səhvlərin nəticələrinə qatlanmağı öyrəndik. - Soyuducunun işiğının nə zaman söndüyünü araşdırmağa başladıq, bu bizə kəşf etməyi öyrətdi. - “Alma desəm çıxarsan, armud desəm çıxmazsan” gizlənqaç oynundakı bu söhbət bizə ortaq sirləri öyrətdi. - Günəbaxan tumlarının bir miqdarını çırtlayıb kənara yığıb sonra hamısını birdən yemək bizə hər əziyyətin sonunda sürəcəyimiz keyfi öyrətdi. - Top çiləmək oyununda qarşı tərəfə “fora” vermək bizə zəifləri əzməməyi, onlara güzəştə getməyi öyrətdi. - Oyunlar oynarkən oynadığımız əşyaların sahibləri inciyərlərdisə oyun bitərdi. Bu bizə imkanın verdiyi səlahiyyətləri göstərdi... Indiki uşaqlar bilməz...